İran 20 faiz zənginləşdirilmiş uran əldə etdi

İranın 20 faiz zənginləşdirilmiş 25 kiloqram uran əldə etdiyi bildirilir

Faktxeber.com-un verdiyi məlumata görə, İran Atom Enerjisi Təşkilatı rəhbəri Əli Əkbər Salehi bildirib ki, Tehrandakı tibbi araşdırma reaktorunda istifadə üçün 20 faiz zənginləşdirilmiş 25 kiloqram uran əldə ediblər.

Buşehr nüvə stansiyası və gələcəkdə tikilməsi nəzərdə tutulan stansiyalar üçün yanacağa ehtiyac duyduqlarını deyən Salehi bildirib ki, uranı zənginləşdirmə fəaliyyətlərinin davam etdirəcəklər.

Əli Əkbər Salehi onu da qeyd edib ki, nüvə mərkəzlərinin ehtiyacı olan yanacağın hamısını öz ölkəsində istehsal etmək fikrində deyillər. Bu məqsədlə Rusiya ilə bir konsorsium yaratmağı təklif ediblər. Salihinin sözlərinə görə, Rusiya tərəfi bu təklifi araşdırır.

Nüvə yanacağı istehsalı üçün lisenziyanın Rusiyaya aid olacağını deyən Salihi, təkliflərdə bəzi işlərin bu ölkədə, bəzilərinin isə İranda görülməsini nəzərdə tutduqlarını bildirib.

В этом разделе