İngilislərə Casusluq Edən İranlıdan Şok Etiraflar

İngilislərə casusluq edən İranlı Mir Hüseyn Rəssam, İngilis diplomatların Musəvinin seçki bürosu ilə əlaqəli olduqlarını söylədi.



İrandakı son seçki müddətində təxribatçılıq ittihamı ilə məhkəməyə sövq edilənlərin ikinci iclası bu gün başladı.

Məhkəmə nümayəndəsinin oxuduğu iddianamədə, İngilis səfirliyində mütəxəssis şərhçi olaraq işləyən İran vətəndaşı Mir Hüseyn Rəssamın İngiltərə hesabına casusluq fəaliyyəti icra etdiyi iddia edildi.

Məhkəmə nümayəndəsi, Rəssamın siyasi və qövmü sahədəki aktivistlər və partiya nümayəndələri, dini azlıqlar və vətəndaş cəmiyyət təşkilatlarıyla və hövzə və mədrəsə mənsubları ilə bir çox dəfə bir araya gəldiyini söyləyərək, "Rəssam şəxsi olaraq 22- 25 və 28 Hordad tarixində küçə nümayişlərində iştirak etmiş və bu mövzuyla əlaqədar əldə etdiyi xəbər və məlumatları İngilis xarici işlər nazirliyinə göndərmişdir" dedi.

Prokurorluq nümayəndəsinin ifadəsinə görə, Hüseyn Rəssam İngilis səfirliyinin ikinci sekretarı Tomas Bern və Avstraliya səfiri Shun Morphy ilə Mir Hüseyn Musəvinin seçki kampaniyasına bir çox dəfə baş çəkmiş və Musəvinin mərkəzi seçki təşkilatının müşavirlərindən Əli Mahir ilə bir çox dəfə bir araya gəlmişdilər.



Bu adam belə davam etdi:

"Kəşfiyyat nazirliyinin qarşı-casusluq vahidinin araşdırmalarına görə İngilis konsulluğunun siyasi analistliği vəzifəsini icra edən bu adam İslami cəza qanununun 501, 505 və 618. maddələri ilə mühakimə olunmalı və cəzalandırılmalıdır."

Atryanfer, Səid Leylaz və Şemsülvaizin İngilis Səfirliyi ilə Əlaqədə Olan Mühüm Şəxsiyyətlərdirlər

Fars Xəbər Agentliyinə görə Hüseyn Rəssam şübhəli kürsüsünə oturduqdan sonra özünü tanıtdı və İngilis elçiliyindəki 5 illik xidmətinə işarə edərək əsl vəzifəsinin bu ölkənin ehtiyac duyduğu məlumat və xəbərləri, elçiliyin əlaqədə olduğu Tehrandakı və digər şəhərlərdəki kəslərdən və bəzi xüsusi qruplara üzv olan şəxsiyyətlərdən əldə etmək olduğunu söylədi.

Rəssam, müxtəlif adam və qruplarla təmas qurma üsulları haqqında da, İngilis elçiliyinin xəbərləri əldə etmək bunları əlavə etdi:

"Mən son 5 il içersinde İngilis elçiliyinə 130 adamı istiqamətləndirdim və son il də 50 adamı cəlb etdim. Bu kəslərlə restoranlarda və kafelərdə görüşür və lazımlı kəşfiyyatı əldə edirdim."



Rəssam; Atryanfer, Səid Leylaz və Şemsülvaizini əlaqə yaratdığı əhəmiyyətli kəslər olaraq saydı və "İngilis elçiliyi viza vermək surətiylə də məlumat almağa və uyğun kəslərlə əlaqə yaratmağa çalışırdı" dedi.

İngilis elçiliyinin bu analisti, Britanya Yüksək Mədəniyyət Şurasından istifadə etmənin də xəbər əldə etmədə istifadə edildiyini ifadə etdi. Hüseyn Rəssam "Bu şura IELTS (beynəlxalq İngiliscə səviyyə təyin etmə imtahanı) qeydləri üçün lazım olan məlumat banklarından faydalanmaq və təqaüd vermək surətiylə uyğun kəslərin seçilməsi və universitetlərdə elmi və sənaye casusluğu fəaliyyətləri icra etmək surətiylə ehtiyac duyduqları kəşfiyyatı əldə etmək istəyirdilər" dedi.

Rəssam, İngilis elçiliyinin kəşfiyyat əldə etmək üçün istifadə etdiyi yollardan birinin də vətəndaş cəmiyyət təşkilatlarını istifadə etmək olduğunu ifadə edərək bu məqsədlə İrandakı bəzi təşkilatlara kömək məqsədiylə ildə 300.000 pound xərcləndiyini söylədi.

Bu analistin etiraflarının davamında İngilis xarici işlərinə kəşfiyyat təqdim edilməsi müddətinin necə reallaşdığına dair isə qeydlərə bunlar keçdi:

"Hesabatlarımızın və tövsiyə etdiyimiz siyasətlərin bir qisimi BBCin Farsca nəşr edən kanalına köçürülürdü və ardından tətbiqə qoyulurdu."

Rəssam, İngilis elçiliyində təşkil edilən siyasi iclaslar haqqında isə bu detallardan bəhs etdi:

"Seçkilərdən təxminən olaraq 4 ay əvvəl bu mövzu haqqında bir araya gəlməyə başlamışdıq və lazımlı olan kəşfiyyatı əlaqədə olduğumuz kəslərdən və siyasi sahədə təsirli olan şəxsiyyətlərdən, xüsusilə islahatçı qanad üzvlərindən əldə etmişdik. Ayrıca dəyişik şəhərlərə səfər etmək surətiylə seçkilərə iştirak nisbəti və hər bölgənin meylləri haqqında məlumat sahibi olunurdu."



İngilis casusu, İngilis elçiliyinin proqramının detalları haqqında şərhlərə əlavə edərək "Əvvəlcə İslam İnqilabı Rəhbərinin fikirləri və meylləri haqqında, sonrakı mərhələdə də Cümə imamları və Veliyyi Fəqihin nümayəndələri ilə İnqilab Gözətçiləri və Bəsic komandirləri haqqında lazım olan məlumatın sıravi xalqdan əldə edilməsi ilə əlaqədar olaraq çalışıldığını" söylədi.

Rəssam, İngilis elçisinin seçki kampaniyalarındakı iştirakına da toxundu:

"Özü turist sifətiylə heç bir məhdudlaşdırmağa məruz olmadan Reşt və Qum kimi şəhərlərə səyahət etdi və tanınmayan bir şəxsiyyət şəklində Musəvi və Ahmedinejadın kampaniyalarına da baş çəkdi. Tehranda isə Musəviin seçki təşkilatını ziyarət edərək bu büronun təbliğat məsulları və müşavirləri ilə iclas təşkil etdi. Bizim Milli Etimad Partiyası (Kerrubi) üzvləri ilə də iclaslarımız vardı və bu təmaslar irəlidəki mərhələlərdə və qarışıqlıqlar əsnasında da sürdü."

Rəssam seçki nəticələndirərinin İngilis elçiliyində böyük qarışıqlığa səbəb olduğunu ifadə edərək "Londondan gələn hesabatlar seçkilərdə hiylə edildiyi şübhəsinin oyandırılmasına maraqlı idi və elçiliyin əmrləri ilə yerli səfirlikdə işləyənlər və bəzi diplomatlar nümayişlərdə iştirak edirdilər. Buna nümunə olaraq İngilis elçiliyinin birinci sekretarının Mutahhari küçəsindəki qarşıdurmalara, mətbuat vahidinin üçüncü sekretarının Şəriəti küçəsindəki göstərilərə və üçüncü siyasi sekretarın İnqilab küçəsindəki gedişlərə qatılmasını və elçiliyin viza qisimindəki müavinin də iştirakçıların fotoşəkillərini çəkməsini verə bilərəm" dedi.

Hüseyn Rəssam "İngilis elçiliyinin üçüncü sekretarının yaşıl paltarlar geyərək nümayişçilər arasına qatıldığını" da sözlərinə əlavə etdi.



Rəssamın ifadəsinə görə İngilis səfiri İranda hər gün səhər saat 9da bütün siyasi orqan üzvləri ilə iclas təşkil edir və son məlumatları əldə edirdi. Səfir 8 sualı ortaya ataraq bu sualların cavablarının xalqla danışıq edilərək əldə edilməsini istəmiş.

Hüseyn Rəssamın ifadəsinə görə bu suallar "Şəhər daxilində hansı hadisələr reallaşmaqda, siyasi partiyaların İslam İnqilabı Rəhbərinin Cümə namazı haqqındakı fikri nədir, həbs olunanların adları nədir?" şəklində idi. Ayrıca mahallardakı yığıncaqlar haqqında məlumat, hiylə iddiaçıları üçün dəlil təmin edilməsi, etirazçı namizədlərlə görüşmə təmin edilməsi, etirazçıların gələcək haqqındakı uzaqgörənlikləri və bu kəslərin Rəhbərliyin əmrlərinə itaət səviyyələrinin müəyyən olunması haqqında da suallar soruşulurdu.

Rəssam bu sualların cavablarının İngilis xarici işlər nazirliyinə, oradan da ABŞa göndərildiyini ifadə edərək "Göstərilən səylərin səbəbi bu seçkilərin gələcəkdəki fəaliyyətlər üçün bir başlanğıc nöqtəsi halına götürməsi və beləcə nizamın davranış dəyişikliyinə getməsi və ya bəzi ümumi qanunlarını dəyişdirməsinin təmin edilməsi idi" dedi.

Hüseyn Rəssam danışmasının sonunda İslam Respublikası nizamından əfvini diləyərək özünə milli təhlükəsizlik əleyhində reallaşdırdığı davranışlarını kompensasiya edəcək fürsətin verilməsini tələb etdi.

Şübhəlinin vəkili isə müvəkkilinin peşmanlığına işarə edərək "Özünün nizama zərbə vurma məqsədində olmadığını və fəaliyyətlərinin casusluq ölçüsünə çatmadığını" söylədi.

Bu etiraflar Fars News Xəbər Agentliyindən Kamal Saral tərəfindən Ruhullah.Com üçün tərcümə edildi.


В этом разделе