İmam Zaman (ə) filmini çəkənlər həbs edildi

İranın "Vilayi Xətiblər" (moizəçilər) Asossiasiyasının rəhbəri Abbas Əmirifər ötən gecə İmam Mehdi ilə bağlı filmin çəkilişinə kömək göstərdiyi üçün Ruhanilər üçün xüsusi məhkəmə tərəfindən həbs olunub

313news.net-in ABNA xəbər agentliyinə istinadən verdiyi xəbərə əsasən: İran İslam Respublikasının "Vilayi Xətiblər" (moizəçilər) Asossiasiyasının rəhbəri Abbas Əmirifər (Rəhim Məşşainin himayədarı) ötən gecə İmam Mehdi ilə bağlı filmin çəkilişinə kömək göstərdiyi üçün Ruhanilər üçün xüsusi məhkəmə tərəfindən həbs olunub.

Bir neçə ay əvvəl İranda "Qayıdış çox yaxındır" filmi yayımlanıb. Bu filmdə bütün səmavi dinlərin xəbər verdiyi və şiələrin 12-ci imam hesab etdikləri Mehdinin qayıdış əlamətləri əks olunub. Müsəlmanların inancına görə, İmam Mehdi (868-ci ildə doğulub) hazırda tanrının istəyi ilə gizli həyat yaşayır və bir zaman dünyanı ədalətlə təmin etmək üçün geri qayıdacaq.

Filmdə İranın dini lideri ayətullah Əli Xamneyi Seyyid Xurasaniyə, Prezident Mahmud Əhmədinejad isə Şüəyb ibn Salehə bənzədilib. Şiələrin inancına görə,bu iki şəxsiyyət İmam Mehdinin dünyanı zülmdən xilas etməsinə kömək göstərəcək.

İranda bir çox nüfuzlu din xadimləri, o cümlədən ayətullah Məkarim Şirazi, Cəfər Subhani, Vəhid Xorasani və s. bu filmin çəkilişinə və yayımlanmasına kəskin etiraz edib.

MEHR agentliyinin məlumatına görə, keçən ilin mayında İranın Prezident Administrasiytasının sabiq rəhbəri İsfəndiyar Rəhim Məşai Əmirifəri Prezident Administrasiyasının Mədəniyyət Şurasının üzvu seçmişdi.

Məşai keçən ay vəzifəsindən uzaqlaşdırılıb. Əhmədinejadın qudası olan Məşai 2009-cu ildə vitse-prezident təyin edilsə də, dini lider ayətullah Xamneyi bu təyinata mane olmuşdu. Bir çox deputatlar, dini şəxsiyyətlər və İran İslam İnqilabı Keşikçiləri Korpusu dini təhrif etməsi ilə bağlı Məşaiyə dəfələrlə xəbərdarlıq ediblər.

İranda hakimiyyətdə olan mühafizəkarlar düşərgəsinə bağlı olan bir çox KİV Məşainin İmam Mehdi ilə bağlı filmi maliyyələşdirdiyini iddia edirlər.

Məşai bununla bağlı hələlik fikir bildirməyib.

В этом разделе