İran və Azərbaycan arasında əlaqələr həmişə yaxşı olub və iki ölkə arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək.
Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının (İİR) vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi deyib.
"Bizdə bunu deməyə kifayət qədər fakt və əsaslar var", - Musəvi əlavə edib.
Vitse-prezident dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü və bu görüşdə ikitərəfli əlaqələrin geniş müzakirə edildiyini bildirib.
Musəvi İranda həbs olunan azərbaycanlı şairlərin azadlığa buraxılmasına şərh verməyib.
TREND