Həzrət Əlinin (ə) mübarək əli ilə yazıldığı bildirilən Qurani-Kərim nümayiş olunub

Həzrət Əlinin (ə) mübarək əli ilə yazıldığı bildirilən müqəddəs Qurani-Kərim XIX Qurani-Kərim Sərgisində nümayiş olunub

XIX Qurani-Kərim Sərgisi Konfransı komitəsinin rəhbəri Səid Afşar bildirib ki, bu əlyazma Pakistandan gətirilib və Həzrət Əli (ə) tərəfindən yazıldığı bildirilir-"Deyerler" "IQNA"-ya istinadən xəbər verir.

Tədbirdə müxtəlif xarici ölkələrdən qonaqlar, Quran xəttatları, alimlər və mütəfəkkirlər iştirak edib. Avqustun 15-də başlamış tədbir 23 saat davam edib. Sərgidə Suriya, Livan, Tunis, Sudan, Banqladeş, Əfqanıstan, Hindistan, Pakistan, Çin, Malaziya, Türkiyə, Azərbaycan və digər ölkələrdən qonaqlar iştirak edir.

В этом разделе