Həmədan əhalisi fitnəçiləri gözəl tanıyır

İslami İranın Əsadabad bölgəsi Cümə Namazı İmamı “İslami nizam əleyhdarları, hicri-şəmsi ilin şənliklərindən, bu ilin son Çərşənbə gecəsi qeyd etmələrini nizama qarşı bir təzyiq olaraq istifadə etmək üzrə plan və proqramlaşdırar hazırlamaqdadır” dedi.

Həmədan vilayətinin Əsadabad bölgəsi Cümə Namazı İmamı Höccətül İslam Vəl Müslümin Əli Zadsər, İslami İrandakı xarici işğalçılara bağlı fitnəçilərin gərginlik və narahatlıq yaratma səylərini hələ davam etdirdiklərinə toxunaraq “CIA, Mossad və İntelligence Service kimi casusluq təşkilatları tərəfindən öyrədilmiş olan professional anarxist və fitnə ünsürlərinin keçən 7 dekabr tarixi üçün düşündükləri xaincə planları, universitet ətrafının oyanıq davranmaları dolaysıyla baş tutmadığından bu planlarını İslam inqilabının zəfər ildönümü qeyd etmələrinin edildiyi 11 Fevral tarixində də etdilər” dedi.

Höccətül İslam Vəl Müslümin Əli Zadsər daha sonra belə davam etdi: “Fitnəçilərin 11 Fevral planları da İran xalqının 50 milyonluq möhtəşəm yürüyüşü dolaysıyla alçaq bir müvəffəqiyyətsizliklə nəticələnincə onlar, bu dəfə gözlərini ilin son Çərşənbə gecəsinə tikmiş və ölkədə narahatlıq yaratmaq üçün planlar hazırlamaqdadırlar. Lakin İran xalqının bu fitnələrin fərqində olması və təhlükəsizlik güclərimizin iqtidarı dolaysıyla bu xainlərin bir dəfə daha alçaq vəziyyətə düşəcəklərindən əminik.”

В этом разделе