"Heç bir güc İslam Respublikasına hücum edə bilməz”

Mahmud Əhmədinejat

Mahmud Əhmədinejat İranın istənilən hücumu effektli şəkildə dəf etməyə qadir olduğunu deyib

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə psixoloji müharibəyə başlamağa cəhd edir”. "ANS PRESS"in məlumatına görə bunu Qətərdə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bəyan edib. O, eyni zamanda Qətər kimi ölkə ilə əlaqələrin gücləndirilməsinin regional sabitliyi möhkəmləndirə və bu cür təhlükələri azalda biləcəyini qeyd edib.

M.Əhmədinejad bildirib ki, İran İslam Respublikasına qarşı hər hansı hərbi əməliyyat bütün dünyada ABŞ-ın hegemonluğunun məhvi, həmçinin İsrailin geo-siyasi aləmdən silinməsi ilə nəticələnəcək. Onun sözlərinə görə, müəyyən qüvvələr Yaxın Şərqdə yeni müharibələrə başlamağa çalışsa da, İranın hərbi qüvvələri istənilən hücumu effektli şəkildə dəf etməyə qadir olduğundan heç bir güc İslam Respublikasına hücum edə bilməz.

В этом разделе