“Fatimə günləri ikinci Aşuraya çevrilməlidir”

Ayətullah üzma Vahid Xorasani

Ayətullah üzma Vahid Xorasani bu mövzu haqqında belə söylədi: “Bizlər, elə əməl edək ki, Fatimə günləri ikinci Aşuraya çevrilsin və xalq öz içlərindəki istək və coşğuyla fatimə on günlərinə qatılsın.”

İsra.Az saytının Əhli Beyt Xəbər Agentliyinə istinadlı xəbərində, cənub Xorasan bölgəsi mədəniyyət və təbliğ nümayəndələrini qəbulunda, Hz. Fatimənin (səlamullahi əleyha) şəhadət il dönümünün yaxınlaşması və Fatimə (s.a) günlərinin başlaması münasibəti ilə Hz. Fatimənin xatirəsinə təşkil ediləcək proqramların xalqla bütünləşməsi və mədəniyyətləşməsi mövzusuna toxunaraq, Hz. Fatimə mövzusunda mütəxəssis olan təbliğçiləri tarixi mövzuların bəyan edilməsi, regional quruluşların təşkil edilməsi, mütəxəssis qrupların qurulması, mədəni mövzuların icrası və Hz. Fatimənin əxlaqını tanıtmalarını yerli mədəniyyət daxilində ələ almalarını istədi.

Ayətullah üzma Vahid Xorasani, həmçinin ölkə daxilində Fatımiyyə quruluşlarından dini ayinlərlə birgə heyətlərlə gecə-gündüz Hz. Fatimənin (s.a) şəhadətdən ötrü proqramlar tənzimləmələrini istədi.

İsra.Az

В этом разделе