Əhmədinejat Rusiyaya səsləndi

İran prezidenti Moskva ilə neftin vahid qiymətinə dair razılığa gəlmək istəyir

İran prezidenti Mahmud Əhmədinejad Rusiyaya Qərb ölkələrinə qarşı birləşməyi təkilf edib. İranlı lider Moskva ilə neftin vahid qiymətinə dair razılığa gəlmək niyyətindədir.

İran prezidenti bildirib ki, hələ səkkiz ay bundan öncə neftin qiymətinin minimuma endiyi vaxtda o, Rusiya hökumətinə neftin vahid qiymətini təyin etməyə, yəni "qara qızıl"ı 80 dollardan ucuz satmamağı təklif edib. Onun fikrincə, qərb dövlətləri bu şərtlərlə razılaşmağa məcbur olacaqlar. İslam ölkəsinin lideri neftin qiymətinə dair Venesuela, Əlcəzair və Ekvadorla da danışıqların aparılmasının labüd olduğunu qeyd edib./anspress/

В этом разделе