Əhmədinejat İlham Əliyevi İrana dəvət edib

Mahmud Əhmədinejad

İslam Respublikasının prezidenti azərbaycanlı həmkarına dəvət ünvanlayıb

İran prezidenti Mahmud Əhmədinejat azərbaycanlı həmkarı İlham Əliyevi hər il keçirilən “Novruz” sammitinə dəvət edib. Bu barədə SalamNews-a İİR-in Bakıdakı səfiri Məmmədbaqir Bəhrami məlumat verib.
Onun sözlərinə görə, bu foruma Novruz bayramı qeyd edilən digər ölkələrin də prezidentləri dəvət olunub.Diplomat vurğulayıb ki, Azərbaycan və İran arasında ikitərəfli münaisbətlər bütün sahələrdə inkişaf etdirilir.“Ümid edirik ki, bu münasibətlər öz inkişafında daha da irəli gedəcək” deyə səfir əlavə edib./islam-azeri/

В этом разделе