Əhmədinejadın qərarı İranın OPEK-ə sədrlikdən mərhum edilməsinə səbəb olacaq

İran Məclisinin enerji üzrə komissiyasının məruzəçisi Seyid İmad Huseyni Neft Nazirliyinin rəhbəri və ya kuratoru tərəfindən OPEK sədrliyinin səlahiyyətlərini öz üzərinə götürməsi lazım olduğunu bəyan edib

Bu barədə SalamNews “FarsNews” agentliyinə istinadən xəbər verir

Hüseyni bəyan edib ki, əks halda İran bu təşkilatın sədrliyini itirməli olcaq: "Məclis İran prezidenti Mahmud Əhmədinejadın tez bir zamanda neft nazirliyinin rəhbərini və ya kuratorunu təqdim etməsini istəyir. Qısa vaxtda məsələ yoluna qoyulmasa, bu fakt qanun pozuntusu kimi təsnif ediləcək və Məclisə bununla bağlı izahat təqdim etmək lazım gələcək”.

Daha sonra Hüseyni deyib ki, İslam İnqilabı Keşikçiləri Şurasının tövsiyələrindən sonra prezidentin Neft Nazirliyində kuratorluğu ləğv olunub: "Lakin faktlar göstərir ki, prezident hələ də qanuna zidd olaraq Neft Nazirliyini nəzarətdə saxlayır. Bu cür vəziyyət ölkənin OPEK-dəki nüfuzuna zərbə vurur və sədrliyin digər ölkəyə keçmək imkanı yaradır”.

Komissiyanın məruzəçisi həmçinin qeyd edib ki, OPEK ölkələrinin növbəti iclası iyunun 8-də keçiriləcək.

В этом разделе