Əhmədinejadın müşaviri Rəfsəncanini fitnəkarlıqda günahlandırdı

Haşimi Rəfsəncani

İran prezidentinin müşaviri Ayətullah Rəfsəncanini ittiham edib

İran prezidentinin hüquq müşaviri Qulamhüseyn İlham dünən Tehran universitetində çıxış edib. Çıxışında İrandakı son etiraz hadisələrinə toxunan müşavir tələbələrin suallarını cavablandırıb. "Fars" xəbər agentliyinin məlumatına görə tələbələrdən biri Haşimi Rəfsəncaninin son hadisələrə niyə səssiz qaldığı ilə bağlı sual verib. İlham deyib ki: "Mövcud şərtlərdə bunun səbəbi məncə, fitnəyə dəstəkdir".

Daha sonra müşavir deyib: "Əslində Rəfsəncani səssiz qalmadı, bilavasitə axını idarə edirdi. Hələ də əgər fitnəni başçılarını və başqa təqsirkarları axtarırıqsa, səhv ünvana veririk".

В этом разделе