İranda, 12 İyun Cümə günkü seçkidə ikinci dəfə respublika başçısı seçilən Mahmud Əhmədinejad, Qərb dövlətlərinə qarşı yenə sərt şəkildə danışaraq, seçkilərdən bəri Qərb qüvvələrinin İranın daxilində qarışdurma yaratmaq istədiklərini söyləyib.
Faktxeberin verdiyi məlumata görə, Məşhəd şəhərində İngiliscə yayımlanan Press TV-yə açıqlama verən Mahmud Əhmədinejad deyib ki, Düşmənlərimiz ölkəmizin içində döyüş cəbhələri yaratmaq istəsələr, sifətlərinə elə yumruq vuracağıq ki, ağılları çaşacaq.
Nüvə araşdırma işləri mövzusunda da sərt danışan Əmədinejad, BMT-nin Vyanadakı Atom Enerjisi Araşdırma Təşkilatı Mərkəzinə səslənərək deyib ki, İran dövlətinin haqqlarının zərrəsini qopara bilməzsiniz. internethaber