Əhmədinejad qudasını işdən çıxardı

İran prezidenti Mahmud Əhmədinejad sərəncamla öz administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Maşaini işdən çıxarıb

Bu barədə prezidentin rəsmi saytı xəbər yayıb. İran prezidenti Mahmud Əhmədinejadın başqa bir sərəncamı ilə ölkənin turizm və mədəni irsin təşkilat rəhbəri Həmid Baqayi prezident administrasiyasının rəhbəri və icra işləri üzrə vitse-prezident təyin edilib. Qeyd edək ki, Əhmədinejad və Maşai qudadırlar. Prezidentin oğlu Maşainin qızı ilə evlidir. Rəhim Maşai əvvəlki postda işlədiyi dövrdə Əhmədinejadla birgə öz hərəkətlərinə görə din xadimləri tərəfindən tənqid edilirdi. O, Tehranın bütün ölkələrlə, o cümlədən İsraillə dostluq münasibətləri saxlamasını vacib sayırdı.
2009-cu ilin prezident seçkisindən sonra Əhmədinejad Maşaini vitse-prezident təyin eləmişdi. Ancaq ölkənin ali dini lideri Ayətullah Xameneyinin əmri ilə cəmi bir həftə sonra o, həmin postdan kənarlaşdırıldı. Bundan sonra  prezident onu öz administrasiyasının rəhbəri təyin eləmişdi. /Yeni Müsavat/

 

В этом разделе