Əhmədinejad Obamanı debata çağırıb

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad, ABŞ prezidenti Barak Obama ilə təkbətək görüşməyə hazır olduğunu söyləyib.

İranın dövlət televiziyasında çıxış edən Əhmədinejad, Obama ilə üz-üzə oturub qlobal məsələləri danışmağa; mətbuatın qarşısında kimin çıxış yolunun daha yaxşı olduğunu müzakirə etməyə hazır olduğunu bildirib.

FaktXeber.com-un verdiyi məlumata görə, İran prezidentinin gələn ay BMT-nin ümumi yığıncağında iştirak etmək üçün Nyu-Yorka səfər edəcəyi gözlənilir. Məlumat üçün bildirək ki, prezident Mahmud Əhmədinejad bundan əvvəl Barak Obamanı kameralar qarşısında debata dəvət etsə də, Obama buna razı olmamışdı.

Nəzərinizə çatdıraq ki, Obamanın 30 ildir diplomatik əlaqə qura bilmədiyi İran ilə yeni bir başlanğıc üçün "tarixi bir fürsəti" qaçırdığını söyləyən Əhmədinejad, "Obama dəyişmək istədiyini söylədi, biz də bundan məmnun olduğumuzu söylədik. Lakin o, bir dəfə tarixi fürsəti dəyərləndirə bilməyib" deyib.

В этом разделе