Əhmədinejad İsrailə daş atacaq

Mahmud Əhmədinejad

İran prezidentinin Livan sərhəddindən İsrailə daş atmaq istədiyi bildirilir

313news.net-in haber7-ə istinadlı xəbərinə görə İran prezidenti çərşənbə günü gerçəkləşdirəcəyi ziyarətdə Livanın cənub sərhədlərinə gedərək İsrail tərəfinə daş atmaq istədiyi bildirilir. "Əl-Qüds əl-ərəbi" qəzetinin məlumatına görə bu plandan xəbərdar olan İsrail- ABŞ, Fransa və BMT vasitəsilə Livan hökümətinə təzyiq edir. İsrail tərəfi Əhmədinejadın bu addımının provakasiya olduğunu və buna görə də ləğv olunmalı olduğunu bildirib

Xatırladaq ki, 2000-ci ildə Fələstin əsilli Amerikalı akademik Livan sərhədindən İsrailə daş atmış, bu da öznövbəsində səs-küyə səbəb olmuşdu.

В этом разделе