Əhmədinejad bin Ladenin təşviqat naminə öldürüldüyünü deyib

Tehranda keçirlən terrorçuluq əleyhinə konfransda anti-sionist ravvin Yisroel Dovid Veys də iştirak edib

İran prezidenti Mahmud Əhmədi Necat ABŞ silahlı qüvvələrini Üsamə bin Ladeni təşviqat naminə qətlə yetirməkdə ittiham edib. Onun sözlərinə görə bu qətl ABŞ-da keçiriləcək seçkilərdə üstünlük qazanmaq naminə edilib. ANS PRESS-in "Accociated press"ə istinadlı xəbərinə görə, Tehranda keçirlən terrorçuluq əleyhinə konfransda çıxış edən Mahmud Əhmədinejat bin Ladenin qətlə yetirilməzdən öncə ABŞ-ın qəyumluğunda olduğunu deyib. «Bu gün onlar agentlərini dəyişməklə, əvvəlki agentlərini əvəz etməklə aşağı düşürlər. Bu agentlərin dəyişilməsi tiranlıq sisteminin dünyanı idarə etməsinə dəyişiklik gətirməycək. Mənim əziz qonaqlarım mən Allaha and içirəm ki, Amerika və Sionist rejimi çıxıb getməyə məhkumdurlar. Özünüzı ədalətlə dolu dünyaya hazırlayın. Mənim dəqiq məlumatım var ki, onun qətlə yetirilməsi nə terorçuluqla mübarizə ilə, nə də terroçuluqla bağlı olan qrupun məhv edilməsi ilə bağlı deyil. Onlar sadəcə olaraq Birləşmiş Ştatlar cəmiyyətində təbliğatı artırmaq və seçkilərdə xalqın səsini qazanmaq istəyirlər».

Konfransda 100-dən çox alim, o cümlədən anti-sionist ravvin Yisroel Dovid Veys də iştirak edib. Onun sözlərinə görə iudaizm Allaha sitayiş edən dindir və özləri milliytəçi deyillər. Bütün bunlar dinə zid olan şeylərdir.

В этом разделе