"Mühəndis İsfəndiyar Rəhim Məşai ilə bağlı əmriniz, konstitutsiyanın 57-ci maddəsinə əsasən yerinə yetirildi"
FaktXəbərin "Fars News"-a istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad, İslam İnqilabı Rəhbəri Ayətullah Seyyid Əli Xameneiyə xitab olaraq bir məktub yazıb. Məktubun mətni Ayətullah Xameneinin prezident Əhmədinejaddan Rəhim Məşainin işdən çıxarılması ilə əlaqədar göndərdiyi məktuba cavab xarakteri daşıyır. İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad, İslam İnqilabı Rəhbəri Ayyətullah Seyyid Əli Xameneiyə xitab olaraq yazdığı məktubda prezidentin birinci müavinin işdən azad olunması öz təsdiqini tapıb. Prezidentin Əhmədinejadın göndərdiyi məktubun qısa məzmunu "Mühəndis İsfəndiyar Rəhim Məşai ilə bağlı əmriniz, konstitutsiyanın 57-ci maddəsinə əsasən yerinə yetirildi" ibarətdir.