İran prezidenti bu barədə açıqlamanı "Əl-cəzirə" telekanalına verib
FaktXeber.com-un verdiyi məlumata görə, "Əl-Cəzirə"yə müsahibə verən İran prezidenti Mahmud Əhmədinejad, İranla müqayisədə hərbi sahədə çox zəif və cəsarəti olmayan İsrailin təhdidlərini ciddi qəbul etmədiyini söyləyib. O həmçinin, İsrailin İrana hücum ehtimalının uzaq olduğunu bildirib.
İran prezidenti, ''ABŞın da İranla hərbi bir qarşıdurmaya girişməsinin, bu ölkəyə faydası olmayacağını'' ifadə edərək, ''Körfəz ölkələrinin, İrana hücum etmək üçün bazalarının istifadə edilməsi üçün Amerikaya icazə verməyəcəyini'' söyləyib.
Əhmədinejad, İrana hücum halında "dəqiq bir cavab" verəcəklərini də qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl də İrranın ali lideri baş verə biləcək ABŞ və İsrail hücumlarına bütün imkanlarından istifadə edilərək cavab veriləcəyini, bölgədəki Amerika bazaları ilə İsrailin bütün nöqtələrinin hədəf alınmasının buna daxil olduğunu bildirmişdi.