Əhmədinecad: “ABŞ bataqlığa düşdü”

İsra.Az saytının istinadlı xəbərinə görə, İran İslam Respublikası prezidenti Mahmud Əhmədinecad, Amerika Birləşmiş Ştatlarının Əfqanıstan və İraq işğalları və sonrasında etdikləri böyük səhvlər ilə bataqlığa batdığını söylədi.

Əhmədinecad, “ABŞ, İraq və Əfqanıstanda elə bir bataqlığa girdi ki, qalıb yox olmaqdan, ya da qaçmaqdan başqa çarəsi yoxdur” -dedi.

Çərşənbə axşamı düşüncələrini dilə gətirən İslam Respublikası prezidenti Əhmədinecad, “otuz il əvvəl hər kəs ABŞ-ın məğlub olmaz olduğunu düşünürdü, amma bu düşüncələr insanların zehinindən silinib getdi” -dedi.

İsrailə də mesaj göndərən Əhmədinecad, sözlərinə “heç kim İsrailin yeniləməyəcəyini və yox ola bilməyəcəyini düşünür; ancaq yaxın gələcəkdə ABŞ düşüncəsində olduğu kimi İsrailin də bataqlıqlar içində boğulacağını hər kəs görəcək” – deyərək davam etdi.

Son olaraq Əhmədinecad sözlərini “dünya gündəmi bu günlərdə daha sürətli dəyişir, Sionist İsrail rejimi Qəzza və Livandakı geniş xalq kütləsi tərəfindən təxribata uğradılacaq” – deyərək sonlandırdı.

В этом разделе