Əgər vahhabilik olmasaydı, hal-hazırda bütün dünya müsəlman olardı

Ramazan ayında Hz.Məsumə(s.a)nın hərəmində Quran təfsiri dərsləri təşkil edən Ayətullah Məkarim Şirazi, bu gün zöhrdən dünyada baş verən bəzi cari məsələlərə toxunmuşdur.

ABŞ-da kilsələrin birində keşişin Quranı yandırmaq aksiyasına toxunan alim, bildirmişdir ki, həmin keşiş digər kilsə və keşişləri də bu işə dəvət etməsinə baxmayaraq o biri kilsələr və keşişlər həmin keşişə bu işi etməməyi tövsiyyə edərək bunun çox axmaqyana addım olduğunu bildirmişlər. Daha sonra Ayətullah Şirazi üzünü həmin keşişə tutaraq demişdir: "Bilin ki, əgər siz Quranı yandırsanız biz yenə də İsa(ə)a və Musa(ə)a və onların gətirdikləri kitablara ehtiram göstərəcəyik. Hərçənd ki, həmin kitablar təhriflərə məruz qalmışlar".

11 sentyabr hadislərinə toxunan mərace bildirmişdir ki, vahhabilər bu hadisənin baş verməsinə və onlarla günahsız insanın öldürülməsinə bais oldular. Amma biz icazə verməyəcəyik ki, bu vəziyyət belə davam etsin.

Vahhabiliyin sonradan yaranmasına işarə edən mərace bildirmişdir ki, əgər vahhabilik yaradılmasaydı hal-hazırda bütün dünya müsəlman olardı. Böyük ustad Pakistanda camaatın sel daşqınlarından əziyyət çəkdiklərini və bütün dünyanın onların köməyinə tələsdiyi bir vaxtda vahhabilərin həmin xalqa qarşı terror aktlarını törətməsindən təəccübləndiyini bildirdi.

Daha sonra vahhabilərin şiələri təqiyyə(insanın canına təəssübkeş və inadkar müxalifləri tərəfindən xətər dəyəcəyi halda öz dini əqidəsini gizlətməsi) etdiklərinə görə məhkum etmələrinə toxunan alim bunun Qurani Kərimin açıq-aşkar çağrışı olduğunu bildirərək bunları qeyd demişdir: "Görün vahhabilər nə qədər nadandırlar ki, şiələrə nə üçün onların müqabilində təqiyyə etdiklərini soruşurlar. Halbuki harada şiə görürlər heyvan kimi əl-qolunu bağlayıb başını kəsirlər. Bizdə onlara vəhşi olduqlarını bildirərək onların müqabilində daha çox təqiyyə etməyin lazım olduğunu bildiririk".



ahlibeyt.az

В этом разделе