313news.net-in IRIB-ə istinadən verdiyi xəbərə görə,bunu ABŞ-ın İsveçrədəki səfiri Donald Bayer "Der Bund" qəzetinə müsahibəsində bildirib.
Səfir bildirib ki, bir çox Avropa ölkələri kimi ABŞ da iqtisadi cəhətdən çətin dövr yaşayır. Belə ki, ölkənin xarici borcu 16 trln. dollar təşkil edir, işsizlərin sayı isə 15 milyon nəfərdən çoxdur.
Bayer həmçinin bildirib ki, demokratlar və respublikaçılar ABŞ hərbi büdcəsinin azaldılması barədə qismən razılığa gəliblər. Biz ABŞ-dan kənarda 900 hərbi baza yerləşdirmişik və müdafiə xərclərimiz digər ölkələrin cəmi müdafiə xərclərindən çoxdur.
Səfir İranla mümkün müharibə haqqında qeyd edib ki, ABŞ-da heç kəs İranla konflikt arzusunda deyil. Üstəlik, belə bir avantüra daha bir soyuq müharibənin başlanğıcı ola bilər.