Cindarlar bir şey bacarsaydılar, özləri üçün edərdilər-Əhmədinejad

Mahmud Əhmədinejad

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejat dünən keçirilən hökumət iclasında son günlər barəsində yayılmış şayiələrə münasibət bildirib

SalamNews-un İran prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Əhmədinejat bəzi hökumət adamlarının cindarlıqla məşğul olduqları haqda yayılmış xəbərləri təkzib edərək deyib: “Əgər cindarlar həqiqətən cadugərlik edə bilirlərsə, nə üçün özləri üçün də etmirlər?”.

Prezident həmçinin ali dini rəhbər ayətullah Xameneyi ilə arasında olan ziddiyyətlərlə bağlı xəbərlərə də toxunub: “Ölkənin ruhani rəhbərliyi İmam Mehdinin (ə) yolunun davamçısıdır, hökumət İslam Respublikasının inkişafı və çiçəklənməsi naminə bu yolda çalışacaq”.

İranın kəşfiyyat rəhbərini Mahmud Əhmədinejat vəzifəsindən uzaqlaşdırandan sonra ayətullah Xameneyinin onu vəzifəsinə bərpa etməsi prezidentlə ali dini rəhbər arasında ixtilaf olduğu barədə şayiələrə səbəb olub.

Yerli və xarici KİV guya ayətullah Xamenyinin prezidenti məzəmmət etdiyini yazıb. Şayiələr prezidentin 10 günlük görünməməsindən sonra mediaya ayaq açıb.

Eyni zamanda prezidentin yaxın ətrafındakı bir sıra məmurların cadugərlik ittihamı ilə həbs olunduğu məlumatları da yayılıb.

В этом разделе