Bu il İranda yarım milyon müsəlman etikaf saxlayıb

İslam-Azeri.az internet qəzetinin İran KİV-lərinə istinadlı xəbərinə görə İranda bu il Rəcəb ayında xüsusi ibadət sayılan etikafda iştirak edənlərin sayı keçən ilə nisbətdə dəfələrlə çoxdur.
Mehr Nyusun məlumatına görə 3 günlük etikaf günlərində İranın 2400 məscidi fəaliyyət göstərib.

Mədəni işlər üzrə dövlət rəsmisi Höccətülislam Hüseyn Ruhaninin məlumatına görə bu il İranın 2400 məscidində 500 min iranlı etikaf saxlayıb ki, bu da keçən ilkindən dəfələrlə çoxdur.

Nəzərinizə çatdıraq ki, Rəcəb ayında xüsusi ibadət sayılan etikaf 3 gün keçirilir ki, bu ibadət ancaq məsciddə keçirilə bilər.


İslam-Azeri.az


В этом разделе