"Təkəbbürlü insanlar, hegemon dövlətlər tarix boyu ədalətin bərqərar olmasına əngəl törədməyə çalışıblar"
Bu gün dünyada baş verən proseslərə nəzər yetirsək görərik ki, hegemon dövlətlər gücləri ilə məkirli planlarını həyata keçirmək üçün milyonlarla insanları didərgin vəziyyətə salırlar.
SalamNews xəbər verir ki, bunu Tehranda “Gənclər və İslam oyanışı” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bu ölkənin prezidenti Mahmud Əhmədi Nejad bəyan edib.
Onun sözlərinə görə, bu gün “ədalət bayrağı” ilə, dövlətlərə silahlı basqılar edilir və Qərb bu gün şüarını dəyişərək, insan hüquqları, demokratiya adı altında kolonializmi yaşadır.
“Bütün bu problemlər sionist rejiminin mövcud olmasından irəli gəlir. Bu rejimin mövcudluğu insanlığa zidd olan məsələdir. Bir halda ki, Amerikanın özündə iki partiya var, onlar hansı demokratiyadan danışırlar? Demokratiya bölgəmizə “Amerika gəmisi” ilə gələ bilməz. Onlarda olan demokratiya, sionistlərin idarə etdiyi rejimdir”, - İran przidenti vurğulayıb.
O, həmçinin Qərbin də demokratiyadan uzaq olduğunu söyləyərək, gəncləri ayıq olmağa çağırıb: “Diqqət yetirin, Avropada Peyğəmbərə, Allaha söyə bilərsən, sionistə isə yox. Bunlar hamısı siyasi oyunlardır. Bunun üçün bizim oyaq olmağımız lazımdır”.
Ötən il bölgəmizə 6 milyar dollarlıq silah satılndığını önə çəkən dövlət başçısı: “Demokratiya silah gücünəmi bərpa edilir” - sualı ilə konfrans iştirakçılarına müraciət edib: "Bölgəmizdə olan bəzi dövlətlər, özlərində demokratiya olmadığı halda, digər ölkələrdə anti-demokratik vəziyyət olduğundan bəhs edir. Bu gün Qərb Suriyanı vurmaq istəyir, sabah isə hədəf sizin dövlətlər olacaq. Marksizm qara hərflərlə tarixə yazıldı. Liberalizmin və kapitalizmin də sonu yaxınlaşmaqdadır. Gəlin, əl-ələ verək, özümüzə ədalətli gələcək quraq. Cünki ədalət, insan hərəkətinin zirvəsidir. Bu, olmazsa, insanın gələcəyi də öləcək. Allaha təşəkkür edirəm ki, bu gün siz gənclər bura toplaşmısınız. Bu toplantının mövzusu çox önəmlidir”.
Konfransda müxtəlif mövzular, o cümlədən “Gənclərin bu hərəkatlarda rolu”, “Hərəkatların zəif yerlərinin öyrənilməsi” kimi mövzuların ətrafında müzakirələr aparılıb.
Xatırladaq ki, tədbirdə 73 ölkəni təmsil edən 1000 nəfərdən çox nümayəndə iştirak edir.