“İranın dinc məqsədlər üçün nüvə texnologiyasına sahib olmağa və istifadə etməyə haqqı var”
APA-nın İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Abdul Bəsit deyib. Onun sözlərinə görə, rəsmi İslamabad Tehranın mübahisəli nüvə proqramının yalnız dialoq yolu ilə həllinə tərəfdardır: “İxtilafların şiddətlənməsi və bölgədə qarşıdurma yaranması heç şübhəsiz bölgə ölkələri üçün də dağıdıcı olacaq".