Bin Ladeni öldürdüz, çıxın gedin!-İran

İslam Respublikası bəhanələrin də öldüyünü bildirir

"Əl-Qaidə" lideri Usamə Bin Ladenin öldürülməsinə İran da öz münasibətini bildirib. İslam Respublikası terroru pisləməklə yanaşı qərb ölkələrinə çağırış da edib. Belə ki, 313news.net-in IRNA-ya istinadlı məlumatına görə XİN sözcüsü Ramin Mehmanpərəst Bin Ladeni öldürmək adı ilə bölgəyə qoşun yeridən xarici qüvvələrin artıq bölgədə qalmaq üçün bəhanələrinin də qalmadığını qeyd edib: "Bu hadisənin günahsız insanların öldürülməsinə, sülhün əldə olunmasına və bölgədə əmin-amanlığın bərqərar olacağına səbəb olmasını ümid edirik. Təbii ki, bu hadisə 1 nəfəri öldürmək üçün qoşun yeritməyə gərək olmadığını göstərdi. Terrordan əziyyət çəkən ölkə kimi İslam Respublikası hər cür terroru və sionist rejim başda olmaqla təşkilati terroru pisləyir".

В этом разделе