İranın ali dini lideri qələbəyə əminliyini ifadə edib
İranın ali dini lideri Ayətullahul-uzma Seyid Əli Xameneyi ölkənin əsas dini mərkəzi olan Qum şəhərinin tələbələrini və müəllimlərini qəbul edib. 313news.net-in məlumatına görə, görüş Tehrandakı "İmam Xomeyni (r.ə.) məscidi"ndə baş tutub.
Seyid Əli Xameneyi çıxışında qarşıdan gələn parlament seçkilərindən danışıb: "Millətin iqtidar halqaları iki faktorla bir-birinə bağlanıb: birincisi İslam Respublikası nizamının pozulmaması və böyük güclərin zorakılığına qarşı dik durmaq; ikincisi isə vəfalı xalqın ağıllı və əzimli şəkildə səhnədə olması".
Dini lider ölkəsinə qarşı yönələn təzyiqlərə eyham vuraraq deyib: "Biz Şibi-Əbu Talib vəziyyətinfə deyilik; Biz Bədr və Xeybər vəziyyətindəyik. Bizim billət zəfər görmüş və bütün qələbə mərhələlərini izzətilə əldə etmişdir".