Ayətullah Xonsari dünyasını dəyişib

Bu barədə İran mətbuatı məlumat yayıb.

İslam-Azeri.az internet qəzetinin “Borna Nyus” saytına istinadən verdiyi xəbərə görə İslam aləminin böyük alimlərindən, Qum Elmi Hövzəsinin zöhd və fiqhdə öndərlərindən sayılan Ayətullahül üzma Seyyid Muhəmmədəli ibn Rza Xonsari 96 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ayətullah Xonsari “Qum Elmi Hövzəsi”nin təsisçisi Ayətullah Hairinin tələbəsi olub.

Allah rəhmət etsin!

В этом разделе