Ayətullah Xamneyi: “Xalqın müqaviməti ölkəni siyasi mikrobdan qorudu”

Ayətullah Xamneyi

İran İslam Respublikasının dini rəhbəri ayətullah Əli Xamneyi oktyabrın 19-da ölkənin dini mərkəzi sayılan Qum şəhərinə səfər edib.

Əhali qarşısında çıxış edərkən dini rəhbər 2009-cu ildə keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz olaraq təşkil edilən kütləvi aksiyalardan söz açıb.


“Media forum” saytının məlumatına görə, ayətullah Xamneyi deyib: “Ötən il keçirilən prezident seçkisi milli bir referendum idi. Bununla da xalq sistemə və islam hakimiyyətinə olan sədaqətini, etimadını bir daha nümayiş etdirdi. Nəticədə bundan qəzəblənmiş düşmən fitnəyə əl atdı, xalqın etimadının təsirini azaltmağa çalışdı, ancaq xalq bu fitnəyə və fitnəkarlara uymadı, onların öz niyyətlərinə çatmasına imkan vermədi. Xalqın 2009-cu ildəki fitnəyə müqaviməti, ayıq-sayıqlıq göstərməsi ölkəni və əhalini siyasi mikroblardan qoruyaraq vaksin etdi”. 

 

В этом разделе