Ayətullah Xameneyi Xanım Zəhranın (ə) əza məclisinə qatılıb

Ayətullah Seyid Əli Xameneyi

İranın ali dini lideri matəm mərasimində iştirak edib

İslam peyğəmbərinin (s) sevimli qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Rəhbəri Ayətullah Xameneyinin iştirakı ilə ismət və paklıq xanımının xatirəsinə həsr olunmuş matəm və əza mərasimi keçirilib.

Çərşənbə günü gecədən etibarən başlamış bu mərasimdə xalqın müxtəlif təbəqələrinin nümayəndələri və vəzifəli şəxslər iştirak etdilər, çıxış edənlər və Əhli-Beyt (ə) məddahları imamlar anası Həzrət Fatimənin əzəmətli şəxsiyyətini səciyyələndirdilər, xanımın yüksək keyfiyyətlərindən və çəkdiyi müsibətlərdən danışdılar.

İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilən əza mərasimi bazar gününə qədər davam edəcək /leader.ir/

В этом разделе