Ayətullah Xameneyi: “Obama ilk dəfə deyil ki, İranla dostluqdan danışır”

Ayətullah Xameneyi

“ABŞ prezidenti Barak Obama ilk dəfə deyil ki, İranla dostluq və sülhdən danışır. Lakin, bunun müqabilində onun ölkəsi Tehrana qarşı əlbirliyin bir hissəsidir”, - deyə Ayətullah Seyyid Əli Xameneyi cənabları çıxış edib, - İslamNyus.ru xəbər verir.

Məşhəd şəhərində, Novruz bayramı münasibətilə çıxış edən Ayətullah Xameneyi qeyd edib ki, bütün ötən il ərzində Vaşinqtonun fəaliyyəti, onun İranla dostluğa çağırış bəyanatlarına zidd olub. “Yeni Amerika adminstrasiyası bizimlə əlaqələri normallaşdırmaq haqqında bir dəfə bəyanat verməyib. Lakin, əməldə hər şey başqa cürdür”, - deyə Seyyid Əli Xameneyi cənabları bildirib. /Deyerler.org/

В этом разделе