Ayətullah Xamenei Sudanın kralını qəbul edib

İslam-Azeri.az internet qəzetinin Azeri.İrib.İr saytına istinadlı xəbərinə görə Ayətullah-əl-üzma Xamenei Omanın kralını qəbul edib.
Görüşdə İslam aləmi haqqında fikirlər səsləndirilib və iki ölkələr arasında olan dostluğa işarə edilib.

Görüşdə İslam İnqilabının Böyük Rəhbəri Ayətullah-əl-üzma Xamenei: " Fars körfəzi ölkələri əməkdaşlıq yolu ilə bölgənin təhlükəsizliyini bərqərar edərək birlik yolunda addımlar atmalıdırlar"-deyərək İranla Oman arasında dünyanın ən həssas keçidlərindən birinin yerləşməsinə toxunaraq ümumi təhlükəsizliyi Fars körfəzinin ən vacib məsələsi adlandırıb.

"ABŞ və bəzi digər müdaxiləçi dövlətlər həssas Fars körfəzi məntəqəsində sabitliyin bərqərarını əngəlləyir və bölgədə bədgümanlıq yaratmağa cəhd edirlər"-deyən İslam İnqilabı rəhbəri iki ölkənin əlaqəsinə işarə edərək: "İran-Oman əlaqələri ötən 30 ildə qardaşlıq və səmimiyyət əsasında qurulub. Bu səbəbdən dərin dini, coğrafi və tarixi ortaqlıqları nəzərə alaraq əlaqələrin inkişafına mühüm zəminlər mövcuddur"-deyib.

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın da iştirak etdiyi görüşdə Oman kralı İslam İnqilabı Böyük Rəhbərinin bölgədə təhlükəsizliklə bağlı fikirlərindən məmnun qaldığını söyləyib. 

Soltan Qabus isə görüşdən məmnunluğunu ifadə edərək: "Region dövlətləri xalqların mənafeyini nəzərə alaraq davamlı təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində addım atmalıdırlar"-deyib.


В этом разделе