"İran xalqı cümə günü siyasi səhnəyə çıxaraq bir daha dünyaya öz intellektini, siyasi kamilliyini və mədəniyyətini nümayiş etdirəcək"
Bunu bu gün İran İslam İnqilabının Ali lideri ayətullah Seyid Əli Xamenei bildirib.
SalamNews "FarsNews"a istinadən xəbər verir ki, müəllimlər qarşısında çıxış edən ayətullah, müəllimlərin cəmiyyətdəki həlledici rolunu və ölkədə dəqiq və məqsədyönlü təhsil proqramlarının həyata keçirilməsinə ehtiyac duyulduğunu qeyd edib. “Cümə günü keçiriləcək parlament seçkilərinin ikinci mərhələsi zamanı İran xalqı dünyaya yenidən öz intellektini, siyasi kamilliyini və mədəniyyətini nümayiş etdirəcək”, - ayətullah Xamenei deyib.