Ayətullah Xamenei: "Sanksiyalar İrandan yan ötəcək"

Ayətullah Seyid Əli Xamenei

İran nüvə proqramı ilə bağlı ölkəyə tətbiq olunan beynəlxalq sanksiyaların təsirinə yol verməyəcək. Bu barədə İslan İnqilabının lideri Seyid Əli Xamenei bəyan edib.

"Trend"in Press-TV -yə istinadlı məlumatına görə, Ayətullah Xamenei iranlı sənayeçilər və istehsalçılarla görüşü zamanı bildirib ki, "İran hakimiyyəti və xalqı, şübhəsiz, son üç onillik ərzində etdiyi kimi, sanksiyaları arxada qoyaraq onları səmərəsiz edəcək, yüksəliş və inkişaf yolları ilə irəliyə doğru addımlayacaq", -

Lider iqtisadi sanksiyalarla və hegemon qüvvələrin təzyiqləri ilə mübarizə üçün "əsl davamlı iqtisadiyyat"ın yaradılmasının vacibliyini qeyd edib.

O xatırladıb ki, düşmənlər ölkəyə iqtisadi təzyiq göstərmək və dövlətin iqtisadi artım göstəricilərini aşağı göstərmək, xalqı hökumət əleyhinə qaldırmaqla İran xalqına mane olmağa cəhd edirlər.

"Buna baxmayaraq, onlar İran xalqını tanımırlar və öz hesablarında yanılırlar",  - lider deyib.

Lider İran hakimiyyətini ölkənin inkişafını təmin etmək üçün sıx əməkdaşlıq etməyə çağırıb.

İyunun 9-da BMT Təhlükəsizlik Şurası (TŞ) İrana qarşı onun nüvə fəaliyyəti ilə bağlı sanksiyaların dördüncü mərhələsini tətbiq edib. TŞ-nin qətnamələrinə əlavə olaraq, ABŞ və Avropa İttifaqı İslam Respublikasına münasibətdə birtərəfli sanksiyalar tətbiq edib.

В этом разделе