Ayətullah Xamenei: Müstəkbirlərə qarşı məzlumların yanındayıq

Ayətullah Xamenei

Ayətullah Xamenei, İslam İnqilabının başından etibarən İslam Respublikasının İslam ölkələri ilə möhkəm əlaqə qurduğunu və D-8 qrupunu dəstəklədiyini vurğulayıb.

İmam Xamenei, İranın İslam ölkələrinin sənayesinin inkişafına kömək üçün hər zaman hazır olduğunu bildirib.

İran İslam Respublikası Lideri Ayətullah Seyid Əli Xamenei, İslam ölkələrinin sənaye sahəsində edəcəkləri irəliləmələrə İranın hər zaman dəstək olacağını açıqlayıb.

İslam dövlətləri arasındakı əlaqələrin imkan daxilində olduğunu vurğulayan Ayətullah Xamenei, sənaye sahəsində əməkdaşlığın davam etməsi lazım olduğunu ifadə etdi.

Çərşənbə axşamı axşamı D-8 ölkələrinin Tehrandakı yığıncağında iştirak edən sənaye nazirlərinə danışan Ayətullah Xamenei, İslam İnqilabının başından etibarən İslam Respublikasının İslam ölkələri ilə möhkəm əlaqə qurduğunu və D-8 qrupunu dəstəklədiyini bildirib.

Ayətullah Əli Hüseyni Xamenei, İran İslam Respublikasının İslam ölkələrinin elmi və sənaye müvəffəqiyyətləri üçün özlərinin sıx bir səy göstərdiklərini ifadə edərək, dünyanın müstəkbir güclərinin dünyanın geri qalanının sənaye və elmi müvəffəqiyyətlərinə qarşı maneə çıxardaraq bu ölkələri hegemoniyası altına almaq istədiklərini vurğulayıb.

Ayətullah Xamenei, planlanan proyektlərin tətbiq olunması üçün qarşılıqlı razılaşmaların edilməsi lazım olduğunu ifadə edib.

В этом разделе