Mərcəyi-təqlid Ayətullahül Vəhid Xorasani üsul dərlərini Qurani-Kərimin ümumi təfsiri bəhsləri ilə əvəz etdi. Xəbər verildiyinə görə, Ayətullah Vəhid Xorasani bu dərsləri tanınmış alim Möhsün Qiraətinin xahişi ilə təşkil etmişdir.
Ayətullah Vəhid Xorasaninin dəftərinin üzvlərindən biri deyir ki: Həzrət Ayətullah Vəhid Xorasani çərşənbə günü olan usul dərsini tətil edib, onu Quranın təfsiri ilə əvəz etmişdir. Hal-hazırda Ayətullah Vəhid Xorasani Yasin surəsinin təfsirini keçir.
Ayətullah Vəhid Xorasani müqəddəs Məşhəd şəhərində anadan olmuşdur. O, 1378-ci qəməri ilindən fiqh və usul dərslərini başlatdı və təxminən 12 ilə yaxın bu dərsləri Nəcəfi Əşrəf şəhərində davam etdirib. İrana qayıdandan sonra Məşhəd şəhərində tədris etməyə başladı və bir ildən sonra Qum şəhərinə köçdü.("Dəyərlər" AİN)