Ayətullah Təsxiri: İslam ümmətinin vəhdətə ehtiyacı var

Ayətullah Məhəmməd Əli Təsxiri

İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatı Baş Katibi Ayətullah Məhəmməd Əli Təsxiri, müsəlmanlar arasında vəhdət mövzusunun hər keçən gün gücləndiyini ifadə edərək, bu müddətin müsbət bir şəkildə davam etdiyini söylədi.

Əl Ələm kanalına açıqlama verən Ayətullah Təsxiri, İslam ümmətinin birliyi önündəki maneələri qaldırmaqla məşğul olduqlarını söyləyərkən, Müsəlmanların birliyi arasında maneələrin ümumi olmadığını və bunların qəsdli olaraq şişirdildiyini bildirdi.

Müsəlmanların vəhdətinin bu gün ən əhəmiyyətli zərurət olduğunu söyləyən Ayətullah Təsxiri, mömin insanların təhdidləri bir fürsətə çevirməsi lazım olduğunu xatırladaraq, müsəlmanlar üçün ən əhəmiyyətli mövzunun, Quran və İslama xidmət olduğunu və bunun üçün də imanla, canla başla çalışmağın əhəmiyyətli olduğunu vurğuladı.

В этом разделе