"Ayətullah Sistani belə bir vəsiyyət etməyib. Bu xəbəri də yayan insan onun Yeni Zelandiyadakı nümayəndəsi deyil"
"ABNA" xəbər agentliyinin verdiyi xəbərə əsasən:Bir müddət əvvəl KİV-lərdə belə bir məlumat getmişdi ki, guya Ayətullah Sistani vəsiyyətində buyurub ki, məni Anam Zəhra (s.ə) kimi səsiz-səmirsiz torpağa tapşırarsız. İndi isə məlum olub ki, sən demə, bu həqiqətə uyğun olmayan xəbəri yayan adam heç Ayətullah Sistaninin Yeni Zelandiyadakı nümayəndəsi də deyilmiş- "ahlibeyt.az" xəbər verir.
Belə ki, mərceyi-təqlid Ayətullah Sistaninin Nəcəf şəhərindəki dəftərxanasından verilən məlumata görə, bu xəbər dezinformasiyadır. "Ayətullah Sistani belə bir vəsiyyət etməyib. Bu xəbəri də yayan insan onun Yeni Zelandiyadakı nümayəndəsi deyil", - deyə dəftərxanadan açıqlanan bəyanatda deyilir.