Ayətullah Seyyid Əli Xameneinin Quranın təhqir olunması ilə bağlı müraciəti

Ayətullah Seyid Əli Xamenei

"Bütün dünya azadlıqsevərləri və İbrahim(ə) dinlərinin vəzifəsidir ki, müsəlmanlarla birgə İslamla çirkin mübarizə siyasəti və nifrətəlayiq üslubla mübarizə aparsınlar"

Rəhman və Rəhim Allahın adı ilə

"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu  qoruyub saxlayacağıq!”. Hicr surəsi, ayə 9

Əziz İran milləti - böyük İslam ümməti

Amerika dövlətində Qurani-Kərimə  sarsaqcasına təhqir o ölkənin əmin-amanlıq kölgəsi altında baş verdi. Bu acı və böyük hadisəni biz neçə qiymətsiz muzdur və əbləh insanlar tərəfindən baş verməsi kimi hesab etmək olmaz.  Bu hesablanmış addım neçə illər bundan öncə İslamla mübarizə və İslam təhlükəsi siyasəti altında bəzi mərkəzlər tərəfindən başlanmış və yüzlərlə təbliğat vasitələrilə İslam və Quranla mübarizənin nəticəsidir. Bu Salman Rüşdü kimi mürtədin xəyanətilə başlayan, danimarkalı xəbis karikaturistin və Hollivud tərəfindən İslam əleyhinə çəkilmiş onlarla filmlərin davamı olan növbəti alçaqlıq həlqəsidir və indi nifrətəlayiq səviyyəyə çatmışdır. Bu şərniyyətli hərəkətlərin arxasında nə və kim və dayanmışdır?

İllər boyu Əfqanıstan, İraq, Fələstin, Livan və Pakistanda cinayətlə nəticələnən gedişat bu işin imperialist dövlətlərin rəhbərləri və Amerika dövlətinə və təhlükəsizlik orqanlarına daha çox nüfuz edən sionizmin əllərilə baş verməsinə şübhə qalmır. Və bu işdə İngiltərəvə bəzi Avropa ölkələri də şərikdirlər. Bunlar həmin şəxslərdir ki, 11 sentyabr hadisəsinin müstəqil araşdırmaları ittihamları onlara tərəf yönəldir. Həmin hadisə Amerikanın keçmiş cinayətkar prezidentinə Əfqanıstan və İraqa həmlə etməsinə bəhanə oldu və o səlib döyüşü elan etdi. Məlumatlara əsasən həmin şəxs dünən bildirmişdir ki, bu səlib döyüşü kilsənin səhnəyə daxil olması ilə kamala çatdı.

Axırıncı nifrətəlayiq addım xristian cəmiyyətinin bütün təbəqələrində İslam və müsəlmanlarla konfliktin yaradılması məqsədini güdür. Kilsə və keşişin müdaxiləsilə bu hadisəyə məzhəbi rəng qataraq dini təəssübkeşliklə möhkəmləndirirlər. Digər tərəfdən bu böyük cürətlə müsəlmanları qəzəbləndirərək İslam dünyası və Orta Şərq hadisələrindən qəflətdə saxlamaq istəyirlər.

Bu kinli addım Amerika və sionizm rejiminin sərkərdəliklərilə uzun illər boyu İslamla mübarizə gedişatının yeni mərhələsinə bir addımdır. Hal-hazırda imperia və küfr başçıları İslamla üz-üzədirlər. İslam azadlıq dini və insan mənəviyyatı Quran isə rəhmət, hikmət və ədalət kitabıdır. Bütün dünya azadlıqsevərləri və İbrahim(ə) dinlərinin vəzifəsidir ki, müsəlmanlarla birgə İslamla çirkin mübarizə siyasəti və nifrətəlayiq üslubla mübarizə aparsınlar.  Amerika rejiminin rəhbərləri  aldadıcı və boş sözləri ilə bu alçaq hadisədən boyun qaçırda bilməzlər. Uzun illərdən bəri Əfqanıstan, Pakistan, İraq, Livan və Fələstində müqəddəs amal və hüquqlar ayaq altına qoyulmuşdur. Yüzminlərlə ölmüş insan, onminlərlə əsir götürülmüş və işkəncələr verilmiş qadın və kişi, minlərlə oğurlanmış uşaq və qadın və milyonlarla şikəst və qaçqın olmuş insanlar nəyin qurbandırlar? Bütün bu məzlumiyyətlərlə yanaşı niyə Qərb mətbuatında müsəlmanları qəzəb məzhəri, Quran və İslamı isə bəşəriyyət üçün bir xətər kimi təqdim edirlər? Bu böyük hiylənin Amerika dövlətinin daxilində olan sionizm dairələrinin müdaxiləsi olmamasına kim inanar?

İran və dünyadakı müsəlman bacı və qardaşlar!

Bi neçə məsələni qeyd etməyi lazım bilirəm:

1. Bu və öncəki hadisələr bu gün imperialist ölkələrin əsl İslama və Qurani-Məcidə hücumununun dalğasıdır. Zalımların İslam Respublikası ilə aşkar düşmənçiliyi, İslami İranın imperializmlə üz-üzə durmasından qaynaqlanır. Və onların digər İslam və müsəlmanlara düşmən olmama iddialarıböyük yalan və şeytan hiyləsidir. Onlar İslamla, İslama sadiq olanlarla və müsəlmançılıq nişanəsi olan hər bir şeylə düşməndirlər.

2. İslam və müsəlmanlarla kin və küdurətin qaynağı neçə-neçə onilliklərdən indiyə qədər İslam nurunun İslam və hətta Qərb dünyasında ürəklərdə misligörünməmiş nüfuzunun daha parlaq nəticəsidir. Və səbəblərdən biri də İslam ümmətinin ayıqlığıdır ki, imperializm və istismarın ikiəsrlik zəncirlərini qırmaq istəyidir. Quran və Peyğəmbərə(s) təhqir bütün acılığı ilə yanaşı böyük müjdədən xəbər verir. Günəş kimi saçan Qura, uca və parlaq olacaqdır.

3. Hamımız bilirik ki, son hadisənin kilsə və xristianlığa aidiyyatı yoxdur. Və bir neçə əbləh və muzdur keşişin oyuncaq hərəkətləri məsihilərin və onların dindarların adına yazılmamalıdır. Biz müsəlmanlar heç vaxt başqa dinlərin müqəddəsləri barədə oxşar işlər görməyəcəyik. Ümumi təbəqədə müsəlman və məsihilər arasında ixtilaf düşmənlərin və bu sarsaq nümayişin təşkilatçılarının istəyidir.  Quranın bizə verdiyi dərs eyni bunun müqabilidir.

4. Bu gün bütün müsəlmanların tələbi Amerika dövləti və siyasətçilərindəndir. Əgər onlar baş verən hadisədə iştirak etmədikləri iddialarında sadiqdirlərsə, bir milyard yarım müsəlmanların ürəyinə dağ çəkən bu böyük cinayətin əsl iştirakçılarını və icraçılarını layiqli şəkildə cəzalandırmalıdırlar.

Salam olsun Allahın saleh bəndələrinə. /ahlibeyt.az/

В этом разделе