Ayətullah Seyyid Əli Xamenei: “Nüvə silanıdan istifadə edilməsi İslama ziddir”

Ayətullah Seyyid Əli Xamenei

Nüvə silahından istifadə edilməsi, İslam nöqteyi nəzərindən yolverilməzdir. Belə bir açıqlama ilə, Tehranda Beynəlxalq Nüvə Silahlarının Yayılmaması və Silahlardan İmtina Edilməsi Konfransına müraciətlə ali dini lider Ayətullah Seyyid Əli Xamenei çıxış edib

Həmin konfransda 56 ölkədən rəsmi və qeyri-rəsmi nümayəndə heyətləri iştirak edir. Rusiyadan olan nümayəndə heyətinə RF XİN rəhbərinin müavini Sergey Ryabkov rəhbərlik edir, – “Nyus.ru” xəbər verir.

“Keçmişdə özünə qarşı kimyəvi silahlardan istifadənin qurbanı olmuş İran xalqı, kütləvi qırğın silahlarının yayılmasının təhlükəsini hamıdan daha çox dərk edir və buna müqavimət göstərmək üçün bütün gücünü və imkanlarını səfərbər etməyə hazırdır”, – deyə Ayətullah Seyyid Əli Xamenei cənablarının konfrans iştirakçılarına müraciətində deyilir.
Qeyd edək ki, belə bir forum İran paytaxtında ilk dəfədir ki, keçirilir. Onun devizi – “Atom enerjisi hamıya, nüvə silahı heç kəsə”dir. Məlumatlara görə, 14 dövlət konfrnasda XİN rəhbərləri ilə, daha 10 ölkə XİN rəhbərlərinin müavinləri ilə təmsil olunur. Konfransın keçirildiyi zalın dəhlizində 1980-88-ci illər İran-İraq müharibəsi zamanı İran xalqına qarşı tətbiq edimiş kimyəvi silahların qurbanlarının sərgisi nümayiş olunur. Deyerler.Org

В этом разделе