Ayətullah Safi Gülpayiqani: ”Düşmənlər insanları İslamın həqiqi maarifindən uzaqlaşdırmağa cəhd edirlər”

Ayətullah Safi Gülpayiqani

Ayətullah Safi Gülpayiqani buyurmuşdur: “Hövzələrdə İmamət mövzusuna diqqət dirçəldilməlidir. Elmi hövzələrdə keçirilən mövzular tamamilə Əhli-Beyt (ə) məktəbindən götürülməlidir”.

Ayətullah Safi Gülpayiqani buyurmuşdur: “Hövzələrdə İmamət mövzusuna diqqət dirçəldilməlidir. Elmi hövzələrdə keçirilən mövzular tamamilə Əhli-Beyt (ə) məktəbindən götürülməlidir”.

Ayətullah Safi Gülpayiqani İmamət mədəniyyətinin bünövrə inşasının həyata keçirilməsi əməliyatının başlanması mərasimində buyurmuşdur: “Vilayət və İmamət mövzusu mühüm mövzulardandır. Həmişə gərək diqqətdə olsunlar və insanlar da onunla tanış olsunlar”.

O, sonra buyurdu: “Dini mövzuların əsasında İmamət mövzusu durur. Səadət yolu isə İmamların yolunda olmaqdadır. Əgər bu mövzu olmasaydı, təsəvvür edə bilmirəm ki, İslamın və müsəlmanların vəziyyəti necə olardı? Dünya bütün qüvvəsi ilə çalışır ki, cəmiyyətdəki şübhələri artırsın. Ona görə də İmamət mövzusuna daha çox sərmayə qoyurlar. İslamın düşmənləri bu sahədə çox sayda büdcə sərf edir və insanları İslamın həqiqi maarifindən uzaqlaşdırmağa cəhd edirlər. Biz gərək bu şübhələrə cavab verə biləcək insanlar tərbiyə edək və icazə verməyək ki, düşmənlər cavanları yollarından azdırsınlar”.

Ayətullah Gülpayiqani sonda buyurdu: “Hövzələrdə İmamət mövzusuna diqqət gərək dirçəldilsin”.

/Deyerler.org/

В этом разделе