Ayətullah Misbah Yəzdi: “Əgər Vilayəti Fəqih silinərsə, İslam hökumətindən bir şey qalmaz”

Ayətullah Misbah Yəzdi

“Vilayəti Fəqih” iclaslarının beşincisi dünən axşam “Fevziyə” mədrəsəsində Ayətullah Misbah Yəzdinin çıxışı ilə keçirildi.

İsra.Az saytının ABNA-ya istinadlı məlumatına görə, Ayətullah Məhəmməd Təqi Misbah Yəzdi, dünən axşam Fevziyə mədrəsəsində bir qrup şagird və elm əhlinin qatıldığı yığıncaqda Vilayəti Fəqih mövzusunun əhəmiyyətini izah etdiyi çıxıışında bunları söylədi: “bizim ölkəmiz Vilayəti Fəqihlə düyünlənilmişdir. Əgər Vilayəti Fəqih konstitusiyadan silinsə, artıq İslam ölkəsi adına bir şey baqi qalmaz.”

“Əgər bu cür iclaslar edilməzsə, bəziləri İslam dininin cəmiyyətin idarəsi və ictimai mövzularında hökmünün olmadığını təsəvvür edər; halbuki bu mövzunun açıqlanması bu cür mövzulardakı şübhələrin aradan qaldırılmasını təmin edir.”

Ayətullah Misbah Yəzdi belə davam etdi: “Vilayəti Fəqih mövzusunun elmi və praktik ölçüsünün açıqlaması üçün ediləcək səy, İslamın qorunması üçün səydir və onun dünyada baqi qalmasını təmin etməkdir. Və Vilayəti Fəqihin zəiflədilməsi üçün göstəriləcək bütün səylər, İslam nizamın parçalanmasıyla bərabər dəyərdir.”

Hövzə elmləri və universitet ustadı olan Ayətullah Misbah Yəzdi çıxışının irəliləyən hissələrində Vilayəti Fəqihin açıqlanmasında istifadə edilən sözlərin bəyanı haqqında bunları söylədi: “vilayət sözü üçün müxtəlif mənalar istifadə edilmişdir burada zehinə ən yaxın gələni hökumətdir”.

Cəmiyyətin qanun və icraedici hakimiyyətə ehtiyacı haqqında isə bunları söylədi: “nizamın hər cür qarışıqlıqdan, qarışıqlıq və xaos mühitindən qurtarılması üçün qanunda bir icraedici hakimiyyətin olması lazımdır. Bu da qanun qəbul etmək və onu qüvvəyə qoymaq üçün hökumətdir.”

Vilayətdə məqsəd cəmiyyətdə insanları şübhəyə salmaq üçün ortaya atılan təkvini vilayət deyil. Vəliyyi fəqihin, vilayəti hökm və hökuməti hökm verə bilməyə haqqı vardır və xalqın da ona itaət etməsi lazımdır.

В этом разделе