Ayətullah Məkarim Şirazi Çindəki qətliamı pisləyib

Ayətullah Məkarim Şirazi: "Çin dövlətinin bizimlə və müsəlman ölkələrlə arasındakı əlaqələri yaxşı olsa da bu, Çinə bizim Müsəlman qardaşlarımızı öldürmə haqqını vermir" 



FaktXəbərin "Fars News"-a istinadən verdiyi məlumata əsasən, Ayətullah Məkarim Şirazi, Çindəki müsəlmanların qətliamını qınayıb və bütün dünya Müsəlmanlarının bu hadisəyə qarşı reaksiya verməsini və günahkarların cəzalandırılmasının lazım olduğunu bildirib. 

Çinin Sincan Uyğur Muxtar Vilayətində son günlər baş verən hadisələrlə bağlı mərcei-təqlid Ayətullah Məkarim Şirazinin dəftərindən bildirilib ki, "Çinin Sincan Uyğur Muxtar Vilayəti Çinin təqribən 6/1 hissəsini təşkil edir. Bu bölgədə yaşayan insanların az qismi çıxmaqla əksəriyyəti müsəlmanlardır. Nəzərə alsaq ki, bu bölgədə son zamanlarda çinlilərlə Müsəlmanlar arasında şiddətli bir qarşıdurma baş verib və Çin dövləti də bu hadisələrdə çinlilərin tərəfini tutaraq, müsəlmanlara aid məscidləri bağlamışdır. Çin dövlətinin bizimlə və müsəlman ölkələrlə arasındakı əlaqələri yaxşı olsa da bu, Çinə bizim Müsəlman qardaşlarımızı öldürmə haqqını vermir. 

Qeyd edək ki, Çində baş verən qətlimaı pisləyən Ayətullah Məkarim Şirazi ağa baş verən qətliamı pisləyib və bütün Müsəlmanları birləşərək bu hadisəyə etiraz etməyə və günahkarların Çin dövləti tərəfindən cəzalandırılmalarını istəməyə dəvət edib.

www.FaktXeber.com
 


В этом разделе