Ayətullah Məkarim: "İslam ümməti İmam Musa Sədrlə bağlı məlumatlanmalıdır"

Ayətullah Məkarim Şirazi

"İmam Musa Sədrin rəhmətlik İmam Xomeyniyə və İslam inqilabına verdiyi dəstək əvəzsizdir"

İslam dünyasının böyük mərceyi-təqlidlərindən Ayətullah Nasir Məkarim Şirazi Qumda Livanlı Əməl heyətini qəbul edərkən belə deyib. 313news-un "rasthaber"ə istinadlı xəbərinə görə, İmam Musa Sədrin 25 avqust 1978-də Qəddafinin dəvəti ilə Liviyaya getdiyini, bundan sonra ondan məlumat alınmadığını deyən böyük alim Liviya hökümətinin Musa Sədrlə bağlı məlumatının olduğunu və məsuliyyət daşıdıqlarını qeyd edib. Ayətullah Məkarim həmçinin bildirib ki, İslam ümməti bu məsələdə lazımi tədbir görmədi.

Görüşdə Livanlı heyətin rəhbəri Xəlil Həmdan isə əlindəki sənədlərə və şahidlərə şahidlərə işarə edərək İmam Musa Sədrin sağ olduğunu və Liviyada yaşadığını qeyd etdi.

В этом разделе