Ayətullah Əli Xamneyi ölümü ilə bağlı xəbərləri özü yalanlayıb
Xamneyi həmçinin oktyabrın 18-də ölkədə baş verən terror aktını pisləyib və bu işdə əli olanların tapılıb cəzalandırılacağını deyib
İran İslam respublikasının ali dini lideri Ayətullah Əli Xamneyi ölkənin dövlət televiziyası ilə çıxış edərək ölümü ilə bağlı yayılan şayələrə aydınlıq gətirib. 71 yaşlı Xamneyi həmçinin oktyabrın 18-də ölkədə 60 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib. O baş verən terror aktında əli olanların tapılıb cəzalandırılacağını deyib. Xamneyinin sözlərinə görə, düşmənlər İran xalqının birliyini ram edə bilməyəcək. Qeyd edək ki, BMT-nin baş katibi Ban Ki Mun da baş verənləri ciddi mühakimə edib. /anspress/
İranın irşad və mədəniyyət naziri Əli Cənnəti martın 3-də başçılıq etdiyi nazirliyin Şərqi Azərbaycan əyaləti üzrə idarəsinin yeni rəisi Əli Əkbər Səfipuru...
Aprelin 21-də İranda bu il iyunun 14-də prezident seçkilərilə eyni vaxtda keçiriləcək bələdiyyə seçkilərinə namizədlərin qeydiyyata alınma mərhələsi başa...