İran Prezidenti Mahmud Əhmədinejad bazar ertəsi ölkənin təhsil nazirinin təqdimat mərasimində bildirib ki, bu gün İran xalqı dünyada günəş kimi parlayır və İran xalqının gücü yenilməz gücdür.
İran xalqının gücü dünyada yenilməz gücdür - İran Prezidenti
İran Prezidenti Mahmud Əhmədinejad bazar ertəsi ölkənin təhsil nazirinin təqdimat mərasimində bildirib ki, bu gün İran xalqı dünyada günəş kimi parlayır və İran xalqının gücü yenilməz gücdür. Bu barədə İran Televiziyasının rəsmi xəbər saytı məlumat yayıb.
"Baxmayaraq ki, hegemon güclər şeytancasına təbliğatları ilə İran xalqını dünyaya başqa cür tanıtmaq istəyirlər, buna baxmayaraq, bu gün İran xalqı dünyada nöyük mövqeyə malik xalqlardandır", - Əhmədinejad bəyan edib.
Əhmədinejad Qərb ölkələrinin, xüsusilə İsrailin İran Prezidentinin Braziliyaya səfərinin baş tutmamasına çalışdıqlarını bildirib. "Onlar bütün diplomatik güclərini səfərbər etdilər ki, İran rəsmilərinin Braziliyaya səfəri baş tutmasın. Sionist rejimin rəhbəri şəxsən Braziliyaya səfər edib, bu səfirin baş tutmaması üçün onlara yalvardı, lakin hamı gördü ki, Latın Amerikasında yüzlərlə insan İran xalqının mesajını eşitməyə hazırdır", - Əhəmədinejad deyib.
O əlavə edib ki, dünya xalqları bu gün İrandan çox şey gözləyirlər. "Belə ki, Qərb dünya ölkələrinə öz təhsil sistemini yeritməyə və ölkələrin mədəniyyətini əllərindən almağa çalışır", - Əhmədinejad deyib. /trend/