“Bu dəfəki müzakirələrdə daha öncəki danışıqlardan fərqli olaraq, “altılıq” ölkələrinin İranın təklifinə cavabı daha real idi”
APA-nın məlumatına görə, bunu İran nümayəndə heyətinin rəhbəri, Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili deyib. O bildirib ki, qarşı tərəf bəzi məqamlarda İranın mövqeyinə yaxınlaşmağa çalışıb: “Biz bunu müsbət dəyərləndiririk. Lakin tərəflər arasında fikir müxtəlifliyi qalmaqdadır, lazımi nəticəni əldə etmək üçün hələ də böyük uçurum var”.