Allah bir din göndərib, o da İslamdır- Əhmədinejad

İyulun 10-da Tehranda "İslami oyanış və qadınlar" mövzusunda keçirilən beynəlxalq toplantıda çıxış edən İran İslam respublikasının prezidenti Mahmud Əhmədinejad bu fikirləri səsləndirib

313news.net "Media forum"a istinadən bildirir ki, Əhmədinejad deyib: "Allah yer üzündəki bütün insanlara yalnız bircə din göndərib. Allah xristianlıq və iudaizm adlı dinlər göndərməyib. Həzrət İbrahim, Həzrət Musa və Həzrət İsa sadəcə olaraq, İslam dininin carçıları olublar. İslam beynəlxalq bir dindir. Allah bircə din göndərib, o da İslamdır. Allah insanlara İslamdan başqa heç bir din göndərməyib.

Bizim əziz peyğəmbərimiz peyğəmbərlərin xatəmi olaraq bütün dünyaya aiddir. İslam peyğəmbəri Həzrət Məhəmməd həm də Amerika, Avropa və Asiyada yaşayan insanların peyğəmbəridir. O, buddistlərin də peyğəmbəridir və bütün insanları xilas etmək üçün gəlib. Bizim əziz peyğəmbərimiz təkcə müsəlmanlara aid olmadığı kimi “Quran” da yalnız müsəlmanlara məxsus deyil. “Quran” bütün insanlara məxsusdur”.

В этом разделе