Ali Səud və Ali Xəlifə kafirdirlər!-Ayətullah Cavad Amuli

Bu sözləri İslam Dünyasının çox nüfuzlu din alimi, mərcei təqlid müctehidi Ayətullahül Üzma Şeyx Cavad Amuli deyib

İslam-Azeri.az İnternet qəzetinin “Fars” İnformasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bir qrup Bəhreynli alimlərlə görüşən Ayətullahül Üzma Şeyx Cavad Amuli Bəhreyndəki acınacaqlı hadisələrdən danışıb.

“İnna Lillah və İnna İleyhi Raciun” ayəsilə sözlərini başlayan Ayətullahül Üzma Şeyx Cavad Amuli Bəhreyndəki hadisələrin ürək ağrıdıcı olduğunu önə çəkərək bu müsabitlə bağlı İmam Zaman (ə.f) həzrətlərinə baş sağlığı verərək deyib: “Buna baxmayaraq belə hadisələr ənbiyaların və əvsiyaların başına gəlmişdir. Lakin məscidlərin və Hüseyniyyələrin sökülməsi, Bəhreyn xalqının qətliam edilməsi, Xanım Fatimeyi Zəhranın (s) əzadarlığının qadağan edilməsi xüsusilə Qurani Kərimin yandırılmasıyla Səud və Bəhreyn xanədanı öz kafirliyini sübut ediblər. Onlar nə sünni, nə də ki, şiədirlər. Hətta vəhabilər belə, Quranı Kərimin ehtiramını qoruyurlar. Onların bu addımı atmaları sionistlərin nökəri olmalarını sübut edir”.
Quran ayəsinə görə şəhidlərin diri olduğunu önə çəkən Ayətullah Cavad Amuli buyurub: “Səud və Bəhreyn rejiminin zülmüylə şəhid olanlar əslində zindandan azad oldular”.

Bəhreynliləri süstlükdən çəkindirən Ayətullah Cavad Amuli Allahın möminlərə yardımçı olduğunu bildirib.
Böyük alim müsəlmanların bəhreynli müslmanları dua etməyə çağırıb: “Müsəlmanları dua etməklə yanaşı, müqavimət və istiqamətli işlər görülməlidir. Bəhreyn rejimlərinin nümayəndələrinə isə etiraz edilməlidir”.

Ayətullah Cavad Amuli Yaxın Şərqdəki müharibələri “küfrlə imanın müharibəsi” adlandıraraq siyasəti dindən ayırmağın böyük müşkül olduğunu bildirib.

В этом разделе